260. Radioteleviziya aparatlarının təmiri və xidməti üzrə radiomexanik İşin xüsusiyyəti. 6-cı dərəcə Bütün siniflərdən olan ağ-qara təsvirli lampalı və lampalı- yarımkeçiricili televizorların nasazlıqlarının səbəbinin aşkar edilməsi və onların sazlanması üzrə işlərin yerinə yetirilməsi. Rəngli televizorların qurulması. Rəngli, ağ-qara yarımkeçiricili televizorların, desimetrli diapazon konventerlərinin, lampalı və radioqəbuledicili tranzistorların birinci və əla sinifdən radiolaların, bütün növdən olan stereofonik, avtomobil radioqəbuledicilərinin, lampalı və II və I sinif tranzistorlu maqnitofonların nasazlıqlarının səbəblərinin aşkar edilməsi və təmiri.
Bilməlidir:bütün növ televizorların, radioqəbuledicilərin və digər aparatlarının prinsipial, montaj sxemini; ağ-qara təsvirli televizorların, radioqəbuledicilərin və digər radioaparatların mürəkkəb təmir işlərinin aparılması metodlarını; rəngli televizorların təmiri üsullarını; detalların dəyişdirmə metod və üsullarını; təmirdə istifadə olunan nəzarət-ölçü aparatlardan istifadə qaydalarını.
Orta ixtisas təhsili tələb olunur.
261. Rentgen-qammaqrafiya defektoskopçusu İşin xüsusiyyəti. 2-ci dərəcə Daha yüksək ixtisaslı defektoskopçunun rəhbərliyi altında məmulatların işığa salınması. Məmulatların işığa salınmasına hazırlanması. Verilmiş nəzarət parametrlərinə görə məmulatlar işığa salınarkən sahələrin nişanlanması və markalanması. Rentgen plyonkasının aydınlaşdırılması və fiksasiya edilməsi.
Bilməlidir: qamma-defektoskopiya üçün rentgen qurğularının və aparatlarının iş prinsipini; şüalanma növlərini və mənbələrini və onların təmirini; şüanın maddələrdən keçməsini; rentgen plyonkalarının müxtəlif növlərinin xüsusiyyətlərini və onların keyfiyyətinin yoxlanılması üsullarını; kasetlərin doldurulmasını.
İş nümunələri: 1. Plastinkaların nümunələri - qaynaqçı dərəcəsinə attestasiya keçirilərkən işığa salınma.
2. Qovuşuq birləşmələri - işığa salınma.
3. Silindrlərin və korpus örtüklərinin uzununa tikilən yerləri- işığa salınma.