305. Toz-qaz uducu qurğulara xidmət üzrə operator İşin xüsusiyyəti. 3-cü dərəcə Kuperdən keçirməklə siklonda, skrubberdə qazların forsunka ilə tozlaşdırılaraq soyudulması prosesinin aparılması və onların müxtəlif toz tutucu sistemlərlə tozdan təmizlənməsi. Pulpanın doldurulması və skrubberlərin su ilə bərabər sulanması. Skrubberlərin, silkələyici mexanizmlərin və əks üfürən havadəyişdiricilərin, nasosların, qolcuqlu və kisəli filtrlərin, elektrik filtrlərinin, multisiklonlu boşaldıcı qurğuların, nəqliyyat toz xətlərinin və pnevmonəqliyyatın xidmət edilməsi. Hava çəkmənin, qaz temperaturunun, suyun skrubberlərə verilməsinin, avadanlığın yüklənməsi, qazın kameralar və sistemlər üzrə paylanması, parçanın müqavimətinin, təzyiqin, pulpanın xüsusi çəkisinin və onun filtrə verilməsinin təmizlənməsində iştirak etmək. Kuperlərin təmizlənməsi, çıxış borularının, tozuducuların, qapayıcıların və digər avadanlığın təmizlənməsi. İzolyatorların və qaz yollarının qazın konsentrasiyasını azaltmaqla təmizlənməsi.
Bilməlidir:elektrotexnikanın əsaslarını; suvarma kommunikasiya sxemini; elektro-aparatları, nəzarət-ölçü cihazları və avtomatika ilə davranış üsullarını; çox seksiyalı qolcuqlu filtrlərin, havadəyiş-diricilərin, elevatorların, vintli konveyerlərin, hava soyuducularının, toz uducularının, qaz bölüşdürücülərin, qaz qarışdırıcıların, soyuducu, silkələyici, buraxıcı mexanizmlərin və digər avadanlıqların quruluşunu; materialların təyinatını və onların verilmə qrafikini.
306. Toz-qaz uducu qurğulara xidmət üzrə operator İşin xüsusiyyəti. 4-cü dərəcə Tozların quru və yaş qazla təmizlənməsi və elektrostatik çökdürülməsi prosesinin aparılması. Elektrikli və qolcuqlu filtrlərin və köməkçi avadanlıqların idarə edilməsi və onların vəziyyətinə nəzarət. Kameraların yandırılması və söndürülməsi, qaz yollarının dəyişdirilməsi, izolyatorların vəziyyətinin yoxlanılması. Düzləndiricilərin, silkələyici mexanizmlərin, koronirləyici və müdafiə avadanlıqların işinin təmizlənməsi, aqreqatların və avadanlıqların yüklənməsinin tənzimlənməsi, qazların kamera və sistemlərə paylanılması.
İstilik və havadəyişdirici qurğuların kanallarında təzyiqin dəyişməsi ilə qaz tullantılarının temperaturunun tənzimlənməsi, avadanlığın işinə, parçanın verilən məhsulun sərfinə aid göstəricilərinin uçotun aparılması.
Bilməlidir: xidmət olunan avadanlığın kinematik və elektrik sxemini; düzləndirici elektrik aqreqatlarının idarə lövhələrinin quraşdırma sxemini; elektrofiltrlərə yüksək gərginlikli cərəyan çatdırma sxemini; havaçəkmənin qazların konsentrasiyasına təsirini; qaz və tozların əsas xüsusiyyətlərini və temperaturunu; avadanlığın işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması metodunu; qaz-toz ölçülməsi metodlarını; qazların nəmliyi və tərkibinin müəyyənləşdirilməsi metodikasını.