Qeyd. Ancaq tozuducu qurğulara xidmət zamanı ixtisasın (peşənin) adını «Tozuducu qurğuların maşinisti» adlandırmaq lazımdır.
307. Trafaret, şkala və plato hazırlayan İşin xüsusiyyəti. 1-ci dərəcə Müxtəlif cihazlar və məmulatlar üçün şkalaların preslərdə və diyirlədici dəzgahlarda hazırlanması. Foto-çap metodu ilə şkalaların və lövhələrin hazırlanması. Əl ilə trafaret tətbiq etməklə, yaxud daha yüksək ixtisaslı hazırlayıcının rəhbərliyi altında dəzgah arxasında sxemlərin platolara keçirilməsi. Plato və şkalaların sxemləri və ya digər təsvirlərinin çapa hazırlanması. Biçilmə, torun çərçivədə sıxılıb bərkidilməsi. Torların yağsızlaşdırılması və qurudulması. Kağız şkalaların platolara yapışdırılıb sonradan isə qurudulub bərkidilməsi. Trafaret yaxud izi salınmış kontur üzrə şkala sektorunun tuşla rənglənməsi. Daha yüksək ixtisaslı hazırlayıcının rəhbərliyi altında verilmiş reseptə görə foto-çap üçün xüsusi məhlulların düzəldilməsi. Foto-ştampların hazırlanması. Hazırlanmış ştampların keyfiyyətinin zahirən yoxlanılması.
Bilməlidir:xidmət edilən qurğular haqqında əsas məlumatları; çap boyalarının klişe və puansona vurulma qaydasını, tətbiq olunan yapışqanların, boyaların və lakların təyinatını və xassələrini; foto-çap üçün məhlulun hazırlanma qaydalarını və onlardan istifadəni; şkalaların və platoların sxemlərinin çapına hazırlanma üsullarını.
308. Trafaret, şkala və plato hazırlayan İşin xüsusiyyəti. 2-ci dərəcə Müxtəlif cihazlar və məmulatlar üçün çertyojlu, çertyojlu-bölücü, yaxud diyirlədici dəzgahlarda, onların müstəqil sazlanması üsullarının hazırlanması və ya tuşla şkalalara nişanların, hərflərin, rəqəmlərin və başqa işarələrin köçürülməsi. Çertyojlara müvafiq olaraq cihazlar və məmulatlar üçün şkalaların, cədvəllərin və lövhələrin foto-çap və aşındırma metodu ilə hazırlanması. Foto-çap üçün lazımi komponentlərin seçilməsi və verilmiş resept üzrə məhlulların düzəldilməsi. Platolara əl ilə trafaret tətbiq etməklə və ya dəzgahda sxemlərin çəkilməsi. İşığa həssas emulsiyanın və fotorezistorun çap platoları, şkalaları üçün olan tədarükə çəkilməsi. İşığa həssas qabın nümayiş etdirilməsi, aydınlaşdırılması, bərkidilməsi və aşılanması. Plyonka neqativlərinin hazırlanması. Metalın qalvanikləşdirilməsinin artırılması üzərində platoların montajı. Torun hazırlanması və təsvir surətinin tora keçirilməsi. Kağız şkalaların güzgülü şkalaları olan müxtəlif cihazların platolarına yapışdırılması. Güzgü qoymaqla şkalada fasonlu pəncərənin açılması. Çap olunmuş şkala və platoların retuşlanması.
Bilməlidir: xidmət etdiyi avadanlığın iş prinsipini; çap üçün işığa həssas emulsiyaların və boyaların reseptini və hazırlanma üsullarını; tətbiq olunan boyaların və lakların xüsusiyyətlərini; neqativlərin təyinatını və onların hazırlanma qaydalarını; şkalalara, platolara, cədvəllərə və lövhələrə verilən texniki tələbləri; tətbiq olunan materialların saxlanılma şərtlərini.