313. Ultrasəs nəzarəti üzrə defektoskopçu İşin xüsusiyyəti. 2-ci dərəcə Pəstahlara və detallara ultrasəs nəzarəti. Detalların və qovşaqların ultrasəs nəzarətə hazırlanması. Sadə defektoskopların işə salınması və sazlanması. Metalın qalınlığının ölçülməsi. Defektoskopda nəzərdə tutulmuş qalınlıq dərəcəsində saxlanmış cihazla təbəqələşmə zonalarının mövcudluğu və ölçülərinin müəyyənləşdirilməsi. Ultrasəs nəzarəti üzrə daha yüksək ixtisaslı defektoskopçunun rəhbərliyi altında mürəkkəb konfiqurasiyalı detallarda defektlərin müəyyənləşdirilməsi. Uçot jurnalının aparılması.
Bilməlidir:maili və düz ultrasəs defektoskoplarının və dəyişdiricilərin iş prinsipini; defektoskopun əsas idarəetmə orqanlarının təyinatını, elektrotexnika üzrə əsas məlumatları.
İş nümunələri. 1. Poladdan olan flans pəstahları - ultrasəs nəzarəti.
2. Silindrik döyülmüş polad parçaları-ultrasəs nəzarəti.
3. Təbəqə polad - qalınlığının ölçülməsi və təbəqələşmənin müəyyənləşdirilməsi.
314. Ultrasəs nəzarəti üzrə defektoskopçu İşin xüsusiyyəti. 3-cü dərəcə Karbonlu və az aşqarlı yayma, tökmə, döymə və qaynaq birləşmələrinə ultrasəs nəzarəti. Orta mürəkkəbli ultrasəs defektoskoplarının etalonlar üzrə işə salınması və sazlanması. Dərinlik ölçənin göstəricilərinin düzgün olub-olmamasının yoxlanılması, defektoskopların, düzləndiricilərin yoxlanılması. Bir şuplu sxem üzrə düz və mail axtarıcılarla işləmək. Defektlərin koordinatlarının və ölçüsünün müəyyənləşdirilməsi. Dəyişdiricilərin başlıq və birləşdirici kabellərin təmiri.
Bilməlidir: ultrabənövşəyi defektoskopların və dəyişdiricilərin quruluşunu; ultrasəs defektoskopların və dəyişdiriciləri yoxlamaq üçün standart və sınaq nümunələrini; ultrasəs nəzarət metodlarını; əks-səda-impuls, kölgə, güzgü-kölgə və rezonans kimi ultrasəs metodların fiziki mahiyyətini; metalların qalınlığını və təbəqələşməsini müəyyən etmə metodikasını; dalğaların əsas tiplərini; ultrasəs dalğaları doğuran və akustik kontaktı təmin edən üsulları; defektlərin növlərini; qaynaq birləşmələrin tiplərini; nəzarət səthinə verilən tələbləri (nahamarlıqların parametrlərini); elektrotexnika və metalşünaslığın əsaslarını; müxtəlif qalınlıqlı karbonlu və az aşqarlı poladdan yayma, tökmə, döymə və qaynaq birləşmələrə nəzarət etmə metodikalarını.
İş nümunələri. 1. Yükqaldırma mexanizmlərin detalları-ultrasəs nəzarəti.
2. Poladtökmə çalovları-ultrasəs nəzarəti.
3. Şan konstruksiyaları - tikişlərin yapışmayan zonalarını aşkarlama.
4. Polad vərəqələr-defektoskopun köməyi ilə defektlərin ölçüsünün və koordinatlarının müəyyənləşdirilməsi.
5. Turbin rotorunun və qazturbin mühərriklərinin kompressor belləri-haşiyəyə ultrasəs nəzarəti.
6. Gəmi korpusu konstruksiyalarının qaynaq damğa birləşmələri-ultrasəs nəzarəti.