347) Birləşdirici toxumanın xoşxassəli şişlərinə hansı aiddir?
A) Fibroma
B) Lipoma
C) Adenoma
D) Sarkoma
E) Xondroma
Ədəbiyyat: В.М.Буянов, Ю.А.Нестеренко. «Хирургия» - М.: Медицина, 1990
348) Magistral arteriyanın qəflətən tutulması nəyə səbəb olur?
A) İltihaba
B) Infarkta
C) Xoraya
D) Qanqrenaya
E) Yataq yarasına
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
349) Ətrafların qan dövranının kəskin pozulmasına hansı simptom xarakterikdir?
A) Dərinin sianozu
B) Qıcolma
C) Qan dövranının pozğunluğundan aşağı nahiyyədə nəbzin olmaması
D) Dərinin piqmentasiyası
E) Dərinin məhdudlaşmış hiperemiyası
Ədəbiyyat: «Хирургические болезни» Под ред. Кузина. - М.: Медицина, 1986
350) Piogen kapsula ilə məhdudlaşmış irinli boşluq necə adlanır?
A) Fistula
B) İnfiltrat
C) Abses
D) Yara
E) Fleqmona
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
Dostları ilə paylaş: |