682) Kəskin toksoplazmoz üçün xarakterik simtomlar hansılardır?
A) Hepatosplenomeqaliya
B) Aktiv ensefalit əlamətləri
C) Sarılıq
D) Beyində kalsifikatlar
E) Subfebrilitet
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва ,1998
683) Listerioz infeksiyası zamanı hansı preparatlar effekt verir?
A) Sulfanilamidlər
B) Penisillin qrupu
C) Vidarabin
D) Ampisillin və gentamisin kombinasiyası
E) Vitaminlər
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва, 1998
684) Listerioz hansı yolla yoluxur?
A) Limfogen
B) Hematogen
C) Hava damcı
D) Məişət kontakt
E) Transplasentar
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва, 1998
685) Cinsiyyət krizi hansı uşaqlarda olur?
A) Hər ikisində
B) Qızlarda
C) Oğlanlarda
D) Doğulduqdan sonra 2 aya qədər
E) Doğulduqdan sonra 15 günə qədər
Ədəbiyyat: H.В.Eжoва, E.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск ,2002
686) Rh-konflikt zamanı mübadilə yolu ilə qan köçürmək üçün hansı qan qrupu götürülür?
A) Uşağın qan qrupuna uyğun Rh(+)qan
B) Atanın qan qrupuna uyğun Rh(+)qan
C) Ananın qan qrupuna uyğun Rh(+)qan
D) Uşağın qan qrupuna uyğun Rh(-) qan
E) Rh-faktor, qan qrupu nəzərə alınmır
Ədəbiyyat: H.В.Eжoва, E.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск , 2002
Dostları ilə paylaş: |