977) B viruslu hepatit zamanı profilaktika tədbirləri necə aparılır?
A) Gəmiricilərlə mübarizə, sanitar-gigyenik tədbirlər, təmasda olan şəxslər üzərində 21 gün ərzində tibbi nəzarət
B) Yenidoğulmuşların və risk qrupuna aid olan şəxslərin vaksinasiyası
C) İnterferon və bakteriofaqların verilməsi
D) Spesifik profilaktika aparılmır
E) Zərdab və qamma-qlobulinlərin yeridilməsi
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993. Э. П. Шувалова «Инфекционные болезни» 1999
978) Brüsellyozun spesifik profilaktikasına nə aiddir?
A) Baytar-sanitariya tədbirləri
B) Heyvanların yun və dərilərinin zərərsizləşdirilməsi
C) Vaksinasiyanın aparılması
D) Kontaktda olanlara bakteriofaqların verilməsi
E) Südün zərərsizləşdirilməsi
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
979) Leptospirozun diaqnostikası hansılardır?
A) Bürne allergik sınağı, Rayt-Xeddelson reaksiyası
B) Kumbs reaksiyası, immunoflyüoressent üsulu
C) Bakterioloji, bioloji üsullar, KBR, mikroaqqlyütinasiya reaksiyası
D) Neqativ buri üsulu, zəncirvari-polimeraz reaksiyası
E) Qalın damcı və qan yaxmasının müayinəsi
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
Dostları ilə paylaş: |