1049) Müvazinətin pozulması, nistaqm, başqicəllənmə, ürəkbulanma, qusma, bəzən də eşitmənin pozulması hansı ataksiyada müşahidə olunur?
A) Sensor ataksiya
B) Alın ataksiyası
C) Beyincik ataksiyası
D) Vestibulyar ataksiya
E) Fridreyk irsi ataksiyası
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri” Bakı ,2003
1050) Parkinson əlaməti mərkəzi sinir sisteminin hansı infeksion xəstəliyində təsadüf edilir?
A) Meningitdə
B) Epidemik ensefalitin xronik dövründə
C) Mielitdə, kəskin dövrdə
D) Poliomielitdə, qalıq dövrdə
E) Dağınıq skleroz
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri” Bakı ,2003
1051) Tibb işçilərinin ehtiyatsızlığı nəticəsində müşahidə olunan psixi pozğunluq nədir?
A) Yaddaşın pozulması
B) Yatrogen xəstəlik
C) Diqqətin pozulması
D) Maniakal sindrom
E) İradi-hərəki pozulma
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri” Bakı, 2003
1052) Halyüsinator paranoid sindromunda geniş işlədilən dərman preparatı hansıdır?
A) Sulfazin 1% - 2,0
B) Melipramin 1,25% - 2,0
C) Koffein 10% - 2,0
D) Haloperidol 0,5% - 10
E) Frenalon 0,5% - 1,0
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya” Bakı, 2004
Dostları ilə paylaş: |