1053) Depressiv sindromda geniş istifadə olunan preparat hansıdır?
A) Haloperidol 0,5% - 1,0
B) Melipramin 1,25% - 2,0
C) Majeptil 1% - 1,0
D) Qlükozal 40% - 10,0
E) Aminazin 2,5% - 1,0
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya” Bakı, 2004
1054) Uşaq serebral iflicinin hansı klinik formasında məcburi qeyri-iradi hərəkətlər, nitqin və psixikanın pozulması müşahidə olunur?
A) Miopatiyada
B) Uşaq serebral iflicinin hiperkinetik formasında
C) Diplegik klinik formasında
D) Hemiplegik klinik formasında
E) Miasteniyada
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya” Bakı, 2004
1055) Miotoniyanın əsas əlaməti nədir?
A) Əzələlər tez yorulur, dincəldikdən sonra əzələnin funksiyası bərpa olur
B) “Qurulan kukla” yerişi
C) Əlləri öndə birləşdirdikdə arxada kürəklər “qanadvari” açılır
D) Əzələ fəal şəkildə yığıldıqdan sonra boşalması tədriclə olur
E) Mərhələ-mərhələ ayağa qalxır
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya” Bakı, 2004
Dostları ilə paylaş: |