1056) Psixoterapiya nədir?
A) Refleksoterapiya
B) Medikamentoz müalicə
C) Fizioterapevtik müalicə
D) Həkimin söz vasitəsilə psixikaya planlı şəkildə təsir etməklə aparılan müalicə üsülu
E) Balneoloji müalicə üsulu
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya” Bakı, 2004
1057) Aşağıdakı metodlardan hansıları nevroloji müayinə metodlarına aid deyil?
A) Pnevmoensefaloqrafiya
B) Kranioqrafiya
C) Mieloqrafiya
D) Angioqrafiya
E) Uroqrafiya
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya” Bakı, 2004
1058) Hipertonik kriz zamanı ilk yardım nədən ibarətdir?
A) Pəncərəni açıb təmiz hava və oksigen balışı vermək
B) Ağrıkəsicilərlə kifayətlənmək
C) Ürək dərmanları və sakitləşdirici vermək
D) Başa hündür vəziyyət verib, ayaqlrına isitqac, başa buz qoymaq
E) Kortikosteroidlər vermək
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri” Bakı, 2003
1059) Onurğa beyninin hansı şöbəsinin zədələnməsi zamanı mərkəzi tipli tetraparez xarakterikdir?
A) Yuxarı boyun şöbəsi
B) Sakral şöbəsi
C) Döş şöbəsi
D) At quyruğu
E) Bel şöbəsi
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri” Bakı ,2003
Dostları ilə paylaş: |