1193) Cansız vaksinlərin daşınması və saxlanması zamanı nəyi etmək qadağandır?
A) Dondurmaq olmaz
B) Bir müəssisədən digərinə daşımaq olmaz
C) Yüksək rütubətdə daşımaq olmaz
D) Yüksək rütubətdə saxlamaq olmaz
E) +2ºC - +8ºC daşımaq və saxlamaq olmaz
Ədəbiyyat: А.П.Зуева, Р.Х.Яфаев. «Эпидемиология» 2006
1194) Aşağıda sadalananlardan hansı diri (canlı) vaksinlərə aiddir?
A) “B” hepatiti əleyhinə vaksin
B) Göyöskürək, difteriya, tetanusa qarşı vaksin
C) Tetanusa qarşı vaksin
D) Qızılca, parotit və məxməriyə qarşı vaksin
E) Qarın yatalağı əleyhinə vaksin
Ədəbiyyat: А.П.Зуева, Р.Х.Яфаев. «Эпидемиология» 2006
1195) Həll edilmiş BSJ, qızılca, qızılca-məxmərək, qızılca-parotit-məxmərək vaksinlərinin istifadə müddəti nə qədərdir?
A) 1 gün
B) 6 saata qədər
C) 2-3 saat
D) Vaxt məhdudiyyəti yoxdur
E) 48 saat
Ədəbiyyat: А.П.Зуева, Р.Х.Яфаев «Эпидемиология» 2006
1196) Hansı kliniki əlamətlər uşağın anadangəlmə məxmərək sindromu ilə doğulduğuna sübutdur?
A) Beyin patologiyası
B) Korluq
C) Ürək qüsurları
D) Sadalananların hamısı
E) Karlıq
Ədəbiyyat: А.П.Зуева, Р.Х.Яфаев «Эпидемиология» 2006
1197) İmmun çatışmamazlığı virusu ilə yoluxmuş uşaqlara hansı yaşda qızılca əleyhinə peyvəndin aparılması düzgündür?
A) Yaş həddi əhəmiyyət kəsb etmir
B) Heç vaxt (vaksinasiya etmək olmaz)
C) 1 yaşa qədər
D) 6-11 aylıqda, sonra 12 aylıqda plana əsasən
E) 2 yaşdan tez olmayaraq
Ədəbiyyat: А.П.Зуева, Р.Х.Яфаев «Эпидемиология» 2006
Dostları ilə paylaş: |