191) Revmatoid poliartrit zamanı sadalananlardan hansı təsadüf edilmir?
A) Əzələlərin atrofiyası
B) Qeberden düyünləri
C) Proksimal falanqaarası oynaqların zədələnməsi
D) Revmatoid düyünlərin olması
E) Zədələnmiş oynaqlarda “səhər” buxovlanmasının olması
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва ,1989
192) Revmatoid artrit zamanı daxili orqanlarda yalnız hansı zədələnmə təsadüf edilmir?
A) Mitral stenoz
B) Aorta qapaqlarının çatmamazlığı
C) Polineyropatiya
D) Böyrəklərin amiloidozu
E) Fibrozlaşan alveolit
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва ,1989
193) Qırmızı qurdeşənəyinin müalicəsi zamanı hansı dərman preparatına üstünlük verilir?
A) Qlükokortukoid hormonlar
B) İltihab əleyhinə preparatlar
C) Vitaminlər
D) Antikoaqulyantlar
E) Antibiotiklər
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва ,1989
194) Qara ciyərin xroniki xəstəliklərindən hansında immunodepressiv terapiya aparılır?
A) Xroniki aktiv hepatitdə
B) İkincili biliar sirrozda
C) Xroniki persistə edən hepatitdə
D) Sadalananlardan heç birində
E) Qara ciyərin yeni törəməsində
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва ,1989
Dostları ilə paylaş: |