448) Uşaqlarda tənəffüs yollarının obstruksiyasını yaradan səbəb.
A) Larinqotraxeit
B) Larinqospazm
C) Qırtlağın şişi
D) Qusma
E) Yad cisim
Uşaqlar oyuncaqlarla oynayarkən onları tez-tez udmağa cəhd göstərilir.Uşağın udduğu oyuncaq hissələri və digər bərk cisimlər uşaq nəfəs aldıqda nəfəs yoluna düşərək onun obstruksiyasını əmələ gətirir.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya .Bakı 2007səh46
449) Bayılma zamanı uşağa hansı vəziyyət verilməlidir?
A) Ayaqlarını sallayaraq oturtmaq
B) Böyrü üstə uzandırmaq
C) Uşağı uzadaraq ayaqlarını qaldırmaq
D) Başını qaldıraraq uzandırmaq
E) Arxası üstə uzandırmaq
Bayılma beynin qısa müddətli huşu itirmkələ müşayət olunan qəfləti anemiyasıdır. Bu zaman əsas məqsəd beyinə gedən qanın həcmin artırmaq, beyin qan dövranını yaxşılaşdırmaqdır. Bu məqsədlə uşağı uzandıraraq ayaqlarını qaldırmaq lazımdır.
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986 səh210
450) Hipertermik sindrom zamanı uşağın bədən temperaturu neçə dəqiqədən bir ölçülməlidir?
A) 10-15
B) 50-100
C) 90-120
D) 60-90
E) 30-60
Əgər uşağın bədən temperaturu 390 və ondan yuxarı qalxarsa bu hipertermiya sayılır. Bu zaman uşaq çox narahat olur, tənəffüs tezləşir, ürək vurğularının sayı artır, bəzən də qıcolma ola bilir.Uşağa ilk yardım edilir və 30- 60 dəqiqədən bir bədən temperaturu yoxlanılır.
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986cтр212
Dostları ilə paylaş: |