451) Hemofiliya xəstəliyi zamanı uşağa əsas preparatlar necə yeridilir?
A) Damardaxili
B) Dərialtı
C) Peroral
D) Əzələdaxili
E) Dəriiçi
Hemofiliya qanın laxtalanma sisteminin pozulması nəticəsində baş verən irsi xəstəlikdir. Xəstəliyin xarakter sinptomu qansızma və qanaxmalardır ( burundan, ağızboşluğundan dişdibindən və.s). Ona görə ilk növbədə əvəzedici müalicə aparılır. Yəni qan plazma,damardaxili yeridilir.
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. стр 260
452) Hemofiliya xəstəliyi olan uşaq soyuqlayarsa hansı dərmanı vermək olmaz?
A) Mukaltin
B) Antibiotiklər
C) Askorbin turşusu
D) Asetilsalisil turşusu
E) Dimedrol
Hemofiliya xəstəliyinin xarakter əlamətlərindən biri qansızma və qanaxmadır. Belə vəziyyətdə asetilsalisil turşusu təyin etmək olmaz. Çünki bu dərman qanı durulaşdıraraq qanaxmanı artırar.
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. Стр.261
Dostları ilə paylaş: |