457) Yenidoğulmuşlar üçün hansı zonddan isitfadə olunur?
A) 16 f -17 f
B) 17 f -18 f
C) 12 f -13 f
D) 14 f -15 f
E) 5 f -8 f
Yenidoğulmuşlarda mədəni udulmuş dölyanı sudan təmizləmək üçün mədə zondundan istifadə olunur. Zondun uzunluğu ağız boşluğunda qulağın sırğalığına qədər və xəncərbənzər çıxıntıdan 1 – 1,5 sm aşağı götürülür. Normativə görə bu zondun ölçüsü yenidoğulmuşlarda 5 f- 8 f götürülür.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. Bakı 2007 Səh 30.
458) Anafilaktik şok zamanı təxirəsalınmaz yardım məqsədi ilə xəstəyə hansı vəziyyəti vermək lazımdır?
A) Başını axıra qədər qabağa əyərək buz qovuğu qoymaq
B) Oturaq vəziyyətdə hər tərəfinə isitqac qoymaq
C) Böyrü üstə uzadıb hər tərəfinə isitqac qoymaq
D) Oturaq vəziyyətdə başına buz qovuğu qoymaq
E) Yarımoturaq vəziyyətdə hər tərəfinə isitqac qoymaq
Anafilkatik şok həyat üçün təhlükəli vəziyyətdir. Hətta ölümlə də nəticələnə bilər. Bu zaman xəstədə ürək-qan damar və tənəffüs sistemində kəskin dəyişikliklər baş verir. Belə halda xəstəni böyrü üstə uzadıb ətrafına isitqac qoymaq lazımdır.
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. Cтр320
Dostları ilə paylaş: |