470) Yenidoğulmuşun asfiksiyası zamanı ilk yardım nədən ibarətdir?
A) Ürəyin masajı
B) Yuxarı tənəffüs yollarının keçiriciliyini bərpa etmək
C) Oksigen verilməsi
D) Ağ ciyərin süni ventilyasiyası
E) Süni tənəffüsün verilməsi
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbi müxtəlifdir. Onlardan biri uşağın ağız boşluğuna, burun udlağına yuxarı tənəffüs yollarına dölyanı mayenin sorulmasıdır.Ona görə ilk yardım yuxarı tənəffüs yollarını dölyanı mayedən təmizləməkdir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2008,səh 33
471) Eksudativ-kataral diatezin yaranmasının əsas səbəbi hansıdır?
A) Zülal çatışmazlığı
B) Gigiyenik qaydaların pozulması
C) Vitamin çatışmazlığı
D) İnfeksion xəstəliklər
E) Fermentativ çatışmazlıq
Eksudativ – kataral diatez – konstitusiya anomaliyasidir ki , uşaglarda adi giçiglara anormal reaksiya ilə nətiçələnir Bu reaksiya dəri və selikli gişalarin zədələnməsinə və iltlhabina , su – duz mubadiləsinin pozulması ilə səçiyyəvidir. EKD-in əmələ gəlməsində irsi meyillik də rol oynayır.
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008,səh 69
Dostları ilə paylaş: |