487) Ilk patronaj nə vaxt aparılır?
A) Doğum evindən evə yazılandan sonra 3 gün ərzində
B) Doğum evindən evə yazılandan bir ay sonra
C) Doğum evindən evə yazılandan 10 gün sonra
D) Doğum evindən evə yazılandan bir həftə sonra
E) Doğulan kimi
Uşaq doğum evindən evə yazılandan sonra ilk 3 gün ərzində məsləhət üçün sahə tibb bacısı və həkim tərəfindən yoxlanılmalıdır ki, bu ilk patronaj adlanır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”Bakı 2007 səh 35
488) Xardal yaxması qoyarkən nəyə fikir verilməlidir?
A) Sümük sisteminin vəziyyətinə
B) Dərinin vəziyyətinə və həssaslığına
C) Vəziyyıtinə və yaşına görə
D) Vəziyyətin ağırlığına görə
E) Sinir sisteminin vəziyyətinə
Xardal iltihabı prosesin sorulmasına kömək edir.Onun təsirindən damarlar genəlir- qan dövranı yaxşılaşır.Xardal qoyarkən dərinin vəziyyətinə və həssaslığına fikir verilməlidir.
Ədəbiyyat: Л.A.Исaева,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986, 306
Dostları ilə paylaş: |