548) Uşaqda kəskin otitin əsas əlaməti nədir?
A) Öskürək
B) Tənginəfəslik
C) Döş qəfəsində ağrı
D) Qulaqda ağrı
E) Sianoz
Otit orta qulağın iltihabıdır, uşaqlarda infeksiya ən çox yuxarı tənəffüs yollarının iltihabı zamanı orta qulağa keçir. Əsas əlaməti qulaqda ağrıdır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 191
549) Revmatik poliartitdə hansı oynaqlar daha çox zədələnir?
A) Böyük oynaqlar
B) Kiçik oynaqlar
C) Döş qabırğa oynaqları
D) Əl darağı oynaqları
E) Onurğa sütunu oynaqları
Revmatik poliartitin ən çox zədələndiyi oynaqlardır.Revmatik poliartiritdə əsasən böyük oynaqlar zədələnir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 228
Dostları ilə paylaş: |