614) Planlı əməliyyata xəstə bilavasitə nə vaxt hazırlanır?
A) Əməliyyatdan bir gün əvvəl və əməliyyat günü
B) Əməliyyatdan 5 gün əvvəl
C) Əməliyyatdan 4 gün əvvəl
D) Əməliyyatdan 3 gün əvvəl
E) Əməliyyatdan 7 gün əvvəl
Əməliyyatdan bir gün əvvəl xəstə tam sanitar işlənir, yataq ağları və alt paltarları dəyişdirilir. Əməliyyat günü əməliyyat sahəsi tüklərdən təmizlənir,və xəstə ac- qarına əməliyyat otağına gətirilir.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 317) N.P.Paleyev Bakı-1991
615) Qalxanabənzər vəzidə aparılan əməliyyat necə adlanır?
A) Strumektomiya
B) Laparotomiya
C) Splenoektomiya
D) Rezeksiya
E) Torakotomiya
Trieotoksiki uru olan xəstələrdə strumektomiya əməliyyatı aparılır.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991
616) Zimnitski sınağı üçün xəstəyə neçə qab verilir?
A) 5
B) 8
C) 7
D) 4
E) 6
Zimnitski üsulu ilə böyrəklərin funksiyasını öyrəndikdə xəstə adi pəhrizdə olur və o, sutka ərzində hər 3 saatdan bir çıxan sidiyi ayrıca qaba yığır. 8 qabdakı sidiyin hərəsinin miqdarını və xüsusi çəkisini ayrıca təyin edirlər.
Ədəbiyyat Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991
Dostları ilə paylaş: |