620) Əməliyyatda işlədilən sarğı materialı irinlə çirklənibsə nə etmək lazımdır?
A) 3%-li xloramin məhlulunda saxlamaq
B) 5%-li lizol məhlulunda 6 saat saxlamaq
C) 1%-li soda məhlulunda 1 gün saxlayıb,təkrar istifadə etmək
D) Zibil qabına atmaq
E) Yandırmaq
Sarğı materialı irinlə çirklənibsə onu yandırırlar,infeksiyanın yayılmasının qarşısını almaq üçün ancaq bu üsuldan istifadə olunur.
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 99) M.M.Abakumov.Moskva-1985
621) Qastroskopiya zamanı hansı anestetik məhluldan istifadə edilir?
A) 3%-li trimekain vurulur
B) 0,5%-li novakainlə anesteziya edilir
C) Udlağa 1%-li dikain məhlulu sürtülür
D) Anesteziya edilmir
E) 0,25% novakain vurulur
Udlağın selikli qişasını ağrısızlaşdırmaq və udma aktını reflektor olaraq aradan qaldırmaq üçün 1%-li dikain məhlulu sürtülür.
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 152) M.M.Abakumov.Moskva-1985
Dostları ilə paylaş: |