656) Qabırğaların sınığı zamanı xəstəni hansı vəziyyətdə daşımaq olar?
A) Sağlam tərəfə uzadılmış
B) Yarımoturaq
C) Oturaq
D) Qarnı üstə uzadılmış
E) Arxası üstə uzadılmış
Dartan leykoplastır sarğısını sınmış qabırğalara qoyurlar. Eni 5 sm zolaqlar xəstənin nəfəsvermə vəziyyətində onurğa sütunundan başlayıb qabaqda orta xəttə qədər qabırğa boyunca qoyulur. Xəstə yarım oturaq vəziyyətdə daşınır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 305
657) Qanın maksimal saxlanma müddəti neçə gündür?
A) 14 gün
B) 21 gün
C) 28 gün
D) 7 gün
E) 16 gün
Konservləşmiş qan 21 günə qədər +4-6º temperaturda saxlandıqda yararlığını itirmir.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
658) Donor qanı soyuducuda hansı temperaturda saxlanmalıdır?
A) 4-6 oC
B) 0, -15 oC
C) 0, -2 oC
D) +17, -20 oC
E) -2, -0oC
Donor qanı, qan əvəzedicilər, zərdab və vaksinlər+ 4-6 oC -də saxlanılır.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
Dostları ilə paylaş: |