761) Hansı sarğı növü paltar və ayaqqabı üzərindən qoyulur?
A) Plastırlı sarğılar
B) Nəqliyyat şinası ilə sarğılar
C) Yapışqanlı sarğılar
D) Gips sarğıları
E) Bint sarğıları
Ayaqqabı və paltarı soyundurduqda sınmış sımük fraqmentlərinin yerini dəyişməməsi üçün nəqliyyat şinası ilə sarğılar ayyaqabı və paltar üzərindən qoyulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
762) Qanəvəzediciləri köçürülərkən hansı fəsadlar törənir?
A) Pirogen reaksiya
B) Sadalananların hamısı
C) Toksiki reaksiya
D) Yerli reaksiya
E) Allergik reaksiya
Qanəvəzediciləri köçürülərkən orqanizmdə allergik,pirogen toksiki reaksiyalar və inyeksiya nahiyyəsində müxtəlif yerli reaksiyalar yarana bilər.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 354
Dostları ilə paylaş: |