920) Köçürülən qanın əsas təsirini göstərin.
A) Zərərsizləşdirici
B) Qandayandırıcı
C) Stimulyasiyaedici
D) Əvəzləyici
E) Sadalananaların hamısı
Qanköçürmə insan orqanizminə mürəkkəb neyro-humoral təsir göstərir.Köçürülən qanın dörd əsas təsir sahəsi vardır:
1.Stimulyasiya edici
2.Qandayandırıcı
3.Zərərsizləşdirici
4.Əvəzləyici
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı-1997. Səh.(85)
Bölmə 6 FƏLAKƏTLƏR TƏBABƏTİ
921) Əsgərin Fərdi əczaxanasına aşağıdakılardan hansı preparat daxil deyil?
A) Sulfadimekotsin
B) Sistamin
C) Etapirazin
D) Atropin
E) Promеdol
Promedol narkotik maddə olduğu üçün onun daşınması və əsgərlər tərəfindən istifadəsi qadağandır.Lazım gəldikdə həkim və ya feldşer tərəfindən 1 ml – 2% li promеdol məhlulu ağrı və şokun qarşısını almaq üçün əzələ daxilinə və ya venaya yeridilir.
Ədəbiyyat: A.Musayev . “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” - Bakı – 2008 səh 92-94
Dostları ilə paylaş: |