390) Skarlatina xəstəliyinə yoluxan uşaqlar neçə gün izolə edilir?
A) 1 gün
B) 10 gün
C) 1 ay
D) 7 gün
E) 1,5 ay
Skarlatinaya yoluxmuş uşaqla təmasda olanlar 7 gün ərzində izolə edilir və hər gün termometriya, dəri və selikli qişaların müayinəsi aparılır. Ocaqda sabun, soda məhlulu ilə təmizlik işi aparılır
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 462
391) Qızılca xəstəliyinin törədicisi hansıdır?
A) Göbələklər
B) Streptokokk
C) Borde-Janqu çöpləri
D) Stafilokokk
E) Virus
Qızılca yüksək qızdırma ilə müşahidə olunan yoluxucu xəstəlikdir.Xəstəliyə yoluxma hava - damcı yolu ilə olur.Qızılcanın səpgiləri ayrı-ayrı çəhrayı ləkə və papula şəklində olur.Xəstədə konyuktivit əlamətləri ilk gündən başlayır.Xəstəlik mənbəyi xəstədir.Xəstəliyin törədicisi qızılca viruslarıdır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 463
392) Su çiçəyinə yoluxmuş uşaqla kontaktda olan uşaq neçə gün izolə (karantində) olmalıdır
A) 1 ay
B) 21 gün
C) 7 gün
D) 10 gün
E) 12 gün
Su cicəyinə yoluxmuş uşagla təmasda olan uşağa 21 qun karantin təyin edilir. Uşaglar hər gün termometriya aparılır və müayinədən keçirilir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 470
Dostları ilə paylaş: |