406) Zimnitski sınağı qiymətləndirilən zaman əsas diaqnostik amil hansıdır?
A) Sidikdə zülalın miqdarı
B) Sidiyin xüsusi çəkisi
C) Sidikdə şəkərin miqdarı
D) Sidik çöküntüsü
E) Sidikdə formalı elementlər
Zimnitski sınağı ücün hər 3 saatdan bir sidik toplanır və 8 hissə sidiyin xüsusi çəkisi yoxlanılır.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 267
407) Qlomerulonefrit patologiyası zamanı duzsuz pəhriz təyin etmənin səbəbi nədir?
A) Kalium duzları ürəyə təsir edir
B) Natrium duzları mayeni toxumalarda saxlayır
C) Maqnezium duzları sinir sistemini tənzimləyir
D) Kalsium duzları osteopoezdə iştirak edir
E) Selenium azad radikalları çıxarır
Duzlu qida gəbul edərkən natrium duzları suyu toxumalarda saxlayır.Qlomerulonefrit zamanı bu duz arterial təzyiqin yüksəlməsinə,ödemin artmasına və eklampsiyaya gətirib cıxara bilər.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 268
Dostları ilə paylaş: |