412) Şəkərli diabet zamanı hansı orqanın funksiyasının pozulması baş verir?
A) Epifiz vəzinin
B) Hipofiz vəzinin
C) Mədəaltı vəzinin
D) Qara ciyərin
E) Qalxanvari vəzinin
Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, əmələ gəlmə səbəbi müxtəlifdir. Şəkərli diabet xəstəliyi mədəaltı vəzin insulin ifraz etmə funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir.Uşaqların bütün yaş dövürlərində rast gəlinir.
Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 333
413) Uşaqlarda normada acqarına qanda şəkərin miqdarı nə qədərdir?
A) 5,5-7,7 mmol/l
B) 7,7-9,9 mmol/l
C) 6,6-7,7 mmol/l
D) 3,3-5,5 mmol/l
E) 9,9-11,11 mmol/l
Normada sağlam insanın qanında şəkərin miqdarı müəyyən həddə olmalıdır. 80-120 və ya 3,3-5,5 mmol/1
Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 335
414) Uşaqlarda normada sidikdə şəkərin miqdarı nə qədər olmalıdır.
A) Olmamalıdır.
B) 6,5-7,5 mmol/l
C) 3,3-5,5 mmol/l
D) 7 mmol/l
E) 0-3 mmol/l
Sağlam uşaqda normada sidiklə şəkər ifraz olunmamalıdır. Əks halda bu, xəstəlik sayılır.
Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 336
415) Eksudativ kataral diatezli uşağın qidalanmasında aşagıdakılardan hansı düzgün deyil?
Dostları ilə paylaş: |