417) Təbii qidalanan 6 aylıq uşaq doymursa ana südünü əvəzedici nə vermək olar?
A) Sadə qarışıqlar verilir
B) Çay,su
C) 5% qlükoza məhlulu
D) Yalnız ana südü verilir
E) Adaptaolunmuş qarışıqlar
6 ayadək uşaqların yedizdirilməsində ana südü əsas rol oynayır. Əgər anada hipoqalaktiya (anaın südünün çatışmazlığı) muşahidə olunarsa, tərkibinə görə ana südünə yaxın adaptaolunmuş qarışıqlar verilir.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
418) Südəmər uşaq necə qidalanmalıdır?
A) 2 saatdan bir
B) 3 saatdan bir
C) 4 saatdan bir
D) Uşaq tələbatına görə, sərbəst qidalanır
E) 6 saatdan bir
Sudəmər uşag təbii bəslənərkən sərbəst qidalandırılmalıdır , yəni uşaq tələbatına görə qida almalıdr. Bu da prolaktin hormonunun ifrazını stimulə edir və sud ifrazı çoxalır
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 34
419) Uşaq nə vaxta qədər ana südü ilə qidalanmalıdır?
A) 6 ayadək
B) 3 ayadək
C) 1 yaşınadək
D) 1,5-2 yaşınadək
E) 9 ayadək
Ana südü uşağın bir yaşına kimi verilməlidir. 6 aya qədər uşaq yalnız ana südü ilə qidalanmalıdır.6 aydan sonra uşaq ana südü ilə yanaşı əlavə qida almalıdır.Hal-hazırda uşağı 2 yaşa qədər əmizdirmək məsləhət görülür.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya Bakı 2007 səh 13
Dostları ilə paylaş: |