420) Südəmər uşaq əmizdirdikdən sonra qusursa nə etməli?
A) Su verilir,qarına isitqac qoyulur
B) Vertikal vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır
C) İmalə edilir
D) Dərmanlar təyin edilir.
E) Üfüqi vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır
Südəmər uşaqlarda bəzən əmizdirildikdən sonra şaquli vəziyyətdə tutmaq lazımdır. Belə etdikdə uşağın südlə udduğu hava xaric olur və qusma dayanır.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya Bakı 2007 səh 135
421) 6 aylığına kimi uşağın qidalanması üçün ən optimal qidalanma üsulu hansıdır?
A) Süni
B) Təbii,qarışıq
C) Qarışıq
D) Təbii
E) Süni,qarışıq
6 ayadək uşaq üçün ən effektli üsul təbii qidalanmadır.Çünki, 6 ayadək ana südü uşağın tam təlabatını ödəyir,və uşaq bütün lazımı qida maddələrini alır.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya 2007 səh 136
Dostları ilə paylaş: |