410) Hemofiliya xəstəliyinin yaranmasına nə səbəb olur?
A) Laxtalanmanın pozulması
B) Disproteinemiya
C) Hipovolemiya
D) Disbakterioz
E) Hipervolemiya
Hemofiliya –qanda laxtalanma prosesinin pozulmasi ilə müşahidə olunan patologiyadır.
Ədəbiyyat: A.A.Əyubova “Uşaq xəstəlikləri”Bakı 2008 səh 316
411) Talassemiya xəstəliyini əmələ gətirən faktoru göstərin.
A) Hemoqlobin sintezinin pozulması nəticəsində yaranan anemiya
B) B 12 defisitli anemiya
C) Posthemorragik qanaxma nəticəsində baş verən anemiya
D) Alimentar anemiya
E) Hemoliz nəticəsində baş verən anemiya
Talessemiya qanda fetal hemoqlobinin çoxalması,hemoqlobin A-nın səviyyəsinin artması ilə xarakterizə olunan autosom tipli irsi qan xəstəliyidir. Xəstəlik 2 gen daşıyıcısının evlənməsi nəticəsində meydana gəlir.Azərbaycanda isə qohum evliliyi ən çox Ağdaş ,Qəbələ ,Şəki, Lerik və Lənkəran rayonlarında rast gəlinir.Ona görədə ölkəmizdə Talasemiya Mərkəzi yaradılmışdır. Xəstəlik eritrositlərin irsi anomaliyası olub, hemoqlobin sintezinin pozulması nəticəsində yaranır.
Ədəbiyyat: Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 314
Dostları ilə paylaş: |