395) Hepatit A xəstəliyinin yoluxma yolu hansıdır?
A) Parenteral
B) Kontakt-məişət
C) Alimentar
D) Hava-damcı
E) Transfuzion
Hepatit A xəstəlinin infeksiya mənbəyi xəstə və rekonvalestentlərdir. Qida məhsulları, su və kontakt- məişət yolu ilə də xəstəliyə yoluxma baş verir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 487
396) Hepatit B xəstəliyinin yoluxma yolu hansıdır?
A) Oral-fekal
B) Alimentar
C) Kontakt-məişət
D) Hava-damcı
E) Parenteral
Hepatit B parenteral yolla yoluxur, yəni dərinin bütövlüyü pozulanda qan və qan əvəzedicilər yeridilən zaman aseptika,antiseptika qaydalarına riayət edilmədikdə əmələ gəlir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 488
Dostları ilə paylaş: |