755) Çanaq zədələnmələri zamanı xəstə hansı vəziyyətdə daşınmalıdır?
A) Qurbağa vəziyyəti
B) Qarın üstə
C) Arxası üstə
D) Yarım oturmuş
E) Üzü üstə
Çanaq zədələnmələrində xəstə arxası üstə ayaqlar aralanmış, ayaqlar arasına yumşaq döşəkcə qoyularaq (qurbağa vəziyyəti) daşınmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 300.
756) Tısbağavari sarğı yuxarı ətrafın hansı zədələnmələrində qoyulur?
A) Ələ
B) Dirsək nahiyyəsinə
C) Bazu nahiyyəsinə
D) Mil bilək oynağı nahiyyəsinə
E) Barmaqlara
Tısbağavari sarğı yuxarı ətrafın dirsək oynağı zədələnmələrində qoyulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 310
Dostları ilə paylaş: |