871) Yırtığı xarakterizə edən neçə əlamət var?
A) 6
B) 3
C) 2
D) 4
E) 5
Yırtıq üç hissədən ibarət olmaqla xarekterizə olunur:
1.Yırtıq qapısı
2.Yırtıq kisəsi
3.Kisəsinin içində olan orqan və ya toxuma
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(241)
872) Turnanın düzgün qoyulduğunu təsdiq edən əlamətlərdən biri doğru deyil.
A) Ətrafın qızarması
B) Ətrafın avazıması
C) Qanaxmanın dayanması
D) Periferik nəbzin itməsi
E) Ətrafın soyuması
Turna tək sümüklər olan anatomik nahiyələrə qoyulur.Turna o qədər sıxılmalıdır ki,arterial qan dayansın və periferik nəbz itmiş olsun.Bu vaxt ətraf dərinin rəngi avazıyır və soyuyur.Turnanın maksimal saxlanma müddəti fasilələrlə 2 saatdan çox olmamalıdır.
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(77)
Dostları ilə paylaş: |