873) Travmatik qanaxmalar baş verdiyi vaxta görə neçə yerə bölünür?
A) 2 (birincili və ikincili)
B) 4
C) 5
D) 6
E) 3
Travmatik qanaxmalar baş verdiyi vaxta görə birincili və ikincili olmaqla 2 yerə bölünür.Birincili qanaxma hər bir travmadan sonra,ikincili qanaxma isə bir neçə vaxt sonra baş verir.
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(73)
874) Narkozun klinik gedişi neçə dövrə bölünür?
A) 2
B) 6
C) 5
D) 3
E) 4
Narkozun klinik gedişi 4 dövrə bölünür:
1.Analgeziya və huşun saxlanılması
2.Oyanma dövrü
3.Cərrahi yuxu dövrü
4.Xəstənin narkozdan ayılma dövrü
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(51)
Dostları ilə paylaş: |