Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Yalnız bir sarğı otağı varsa yaraların sarınma ardıcıllığı necə olmalıdır?



Yüklə 261,37 Kb.
səhifə179/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   175   176   177   178   179   180   181   182   ...   248
Umumi test suallari

727) Yalnız bir sarğı otağı varsa yaraların sarınma ardıcıllığı necə olmalıdır?

A) Əvvəl irinli sonra təmiz yaralar sarınır


B) Təmiz və irinl yaralar eyni vaxtda sarınır
C) Irinli yaralar palatada sarğı əməliyyatından keçirilir
D) Əvvəlcə təmiz sonra isə irinli yaralara sarğı əməliyyatı aparılır
E) Ardıcııllığa riayət olunmur
Bütün təmiz aseptik yaraların sarğısı təlimata uyğun olaraq əvvəlcə aparılır. Sonra isə irinli yaralar sarınır. İşin axrında dezinfeksiya işlərindən sonra bakteriosid lampa ilə şüalandırılır.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 45




728) Arterial turna düzgün qoyulduqda nə baş verir?

A) Turnadan aşağı nahiyədə bütün hissiyat itir


B) Turnadan aşağı nahiyədə temperatur yüksəlir
C) Turnadan aşağı nahiyədə nəbz vurur
D) Ətraf sianozlaşır
E) Qanaxma dayanır və periferik nəbz itir
Arterial turna düzgün qoyulubsa qanaxma dayanır və turnadan aşağı periferik nəbz vurğusu itir.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77




729) Kimə universal donor deyilir?

A) IV qrup RH(+)qana mənsub şəxs


B) I qrup RH(+) qana mənsub şəxs
C) IV qrup RH(-)qana mənsub şəxs
D) II qrup RH(+)qana mənsub şəxs
E) I qrup RH (-) qana mənsub şəxs
RH (-) qani olan xəstələrə RH (+) köçürüldükdə, onların qanında anticismciklər hazırlanır. Bu hala rezus amillə qanın immunizasiyası deyilir. Belə immunizasiya RH (+) döl ilə hamiləlik zamanı RH (-) qadınlarda ola bilər. RH (-) qan köçürüldükdə qanda anticisimciklər əmələ gəlmir.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 82




730) Qarnın ön divarı yaralanmış zərərçəkəni necə daşımaq məqsədə uyğundur?

A) Zərərçəkən başıaşağı, ayaqları yuxarı qaldırılmış vəziyyətdə daşınır


B) Zərərçəkən böyrü üstə uzanmış vəziyyətdə daşınır
C) Arxası üstə uzanmış və ayaqlarını uzatmış vəziyyətdə daşınır
D) Zərərçəkən qarnıüstə uzanmış vəziyyətdə daşınır
E) Zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır
Qarnın ön divarı zədələndikdə zərərçəkənin ayaqları uzanmış vəziyyətdə daşınarsa bu zaman yara ağzı genişlənir və yaradan orqanların xaric olması ehtimalı artır. Ona görə zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır və yaranın üzəri aseptik sarğı qoyulur. Zərərçəkənə qida və mayelərin qəbulu dayandırılır.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin