Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ



Yüklə 261,37 Kb.
səhifə177/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   173   174   175   176   177   178   179   180   ...   248
Umumi test suallari

719) Antiseptika nədir?

A) Patogen mikrobların məhvidır


B) Alətlərin dezinfeksiyasıdır
C) Mikrobların yaraya düşmə yollarında məhvidir
D) Alətlərin sterilizasiyasıdır
E) Yaradakı mikrobların məhvidir
Antiseptika-yaraya düşmüş mikrobların məhv edilməsi üçün görülən tədbirlər kompleksidir. Antiseptikanın 4 növü var: mexaniki, fiziki, kimyəvi və bioloji.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241




720) Aseptika nədir?

A) Patogen mikrobların məhvi deməkdir


B) Alətlərin sterilizasiyası
C) Alətlərin dezoinfeksiyası
D) Mikrobların yaraya düşməsinin qarşısını alan profilaktik tədbirlərdir
E) Yaradakı mikrobların məhv olunması tədbirləri kompleksi
Mikroblar yaraya ekzogen və endogen yolla düşür. Mikrobların yaraya düşməsinin qarşısını almaq üçün yaraya toxunacaq bütün əşyalar sterilizasiya olunur aseptik şərait yaradılır.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241




721) Yetkin insanlarda sınıq nahiyəsində yaranmış hematoma sahəsini blokada etmək üçün neçə faizli və nə qədər novakain işlədilir?

A) 1%-li 150 ml


B) 2%-li 100 ml
C) 1%-li 30-50 ml
D) 0.5%-li 20 ml
E) 0.25%-li 50 ml
Yetkin insanlarda sınıq nahiyəsində yaranmış hematomaya 1%-li novakaindən 30-50 ml vurulur.Ümumiyyətlə blokada məqsədilə 1%-li novakain 100 ml-dən artıq işlənməlidir.

Ədəbiyyat:V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(35)




722) Tez bərkiməsi üçün gipsli langeti hansı temperaturlu suda islatmaq lazımdır?

A) Fərqi yoxdur


B) İlıq suda
C) Soyuq suda
D) Qliserin qatılmış suda
E) Bitki yağı tökülmüş suda
Gips soyuq suda bir qədər gec bərkiyir. Tez bərkiməsi üçün gipsli langet ilıq və duzlu suda isladılır.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 259





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin