Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Yaralanma zamanı həkimə qədər göstərilən ilkin tibbi yardım hansıdır?



Yüklə 261,37 Kb.
səhifə174/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   170   171   172   173   174   175   176   177   ...   248
Umumi test suallari

706) Yaralanma zamanı həkimə qədər göstərilən ilkin tibbi yardım hansıdır?

A) Antibiotiklərin yeridilməsi


B) Ağrıkəsicinin vurulması, qanaxmanın dayandırılması və aseptik sarğı qoyulması.
C) Qanaxmanın dayandırılması və gips sarğısının qoyulması
D) Hipertonik məhlulun qoyulması
E) Qanaxmanın dayandırılması və məlhəmli sarğının qoyulması
Təsadüfi yaralanma zamanı yaraya ətraf mühitdən infeksiyanın düşəcəyini nəzərə alıb üzərini aseptik sarğı qoyurlar və qanaxma qorxulu ağırlaşma verməsin deyə ilk növbədə qanaxma hər hansı bir üsulla saxlanılır. Yaranın xarakterindən asılı olaraq travmatik şokun profilaktikası üçün ağrıkəsici işlədilir.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128




707) Ağciyər qanaxmasında xəstəni hansı vəziyyətdə daşımaq olar?

A) Arxası üstə uzanmış


B) Yarım oturaq
C) Qarnı üstə uzanmış
D) Ayaqlar yuxarı qaldırılmış vəziyyətdə
E) Böyrü üstə uzanmış
Ağ ciyər qanaxmasında xəstədə tənginəfəslik əmələ gəldiyi üçün, xəstə yarım oturaq vəziyyətdə daşınır.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 512




708) Yuxu arteriyası zədələnərsə qanaxmanı necə saxlamaq olar?

A) Yuxu arteriyasını baş barmaqla VI boyun fəqərəsinin köndələn çıxıntısına sıxmaqla


B) Yaraya qan saxlayıcı alət qoymaqla
C) Yaranı tamponada etməklə
D) Boyna jqut qoymaqla
E) Yaranın üzərinə sıxıcı sarğı qoymaqla
Yuxu arteriyası zədələrkən qan təzyiqlə axır və çox qısa müddətdə çoxlu qan itirildiyinə görə ölümə səbəb olur. Bu səbəbdəndə vaxt itirmədən yuxu arteriyası barmaqla boyun fəqərələrinə sıxılır.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77




709) Qida borusunun kimyəvi preparatla yanığında ilk tibbi yardım kimi nə etmək lazımdır?

A) Heçnə edilmir


B) Mədə ilıq su ilə yuyulur və ağrı kəsici preparat vurulur
C) Zərərçəkən qusdurulur
D) Süd içirdilir
E) Kimyəvi preparatı zərərsizləşdirən maddə içirdilir
Kimyəvi maddəni kənarlaşdırmaq üçün zərəçəkənə ilıq su içirdilir və şokun qarşısını almaq üçün ağrı kəsici prepatar vurulur.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 121





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin