Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olamalıdır?



Yüklə 261,37 Kb.
səhifə172/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   168   169   170   171   172   173   174   175   ...   248
Umumi test suallari

697) Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olamalıdır?

A) Sol böyrü üstə və ayaqlar qarına yığılmış vəziyyətdə


B) Qarın üstə
C) Diz-dirsək vəziyyətində
D) Arxası üstə
E) Sağ böyrü üstə
Düz bağırsaq sol qalça çuxuru nahiyyəsində yerləşdiyi üçün mayenin daha asan bağırsağa qovulması məqsədilə xəstə sol böyrü üstə sol ətraf qarına yığılmış vəziyyətdə olmalıdır.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.41




698) Köçürülən qan hansı dərəcəyə qədər isidilməlidir?

A) 33-35o


B) 37-38o
C) 40-41o
D) 38-40o
E) 42-44o
Bədən temperaturuna uyğun olması üçün köçürülən qan 37-38o C-yə qədər qızdırılmalıdır.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 315




699) Buz qovuğu əməliyyat sahəsində nə qədər saxlanmalıdır?

A) 30 dəqiqə


B) 1 saat
C) 45 dəqiqə
D) Buz əriyənə qədər
E) 25 dəqiqə
Buz əriyənə qədər buz qovuğu əməliyyat sahəsində saxlanılır. Buzun əriməsi isə temperaturdan asılı olaraq müxtəlif ola bilər.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 287




700) Venadan qan götürərkən turna nə vaxt açılır?

A) Venapunksiyadan sonra


B) 3 dəqiqə sonra
C) İynəni çıxarandan sonra
D) İynəni çıxardıqdan bir neçə dəqiqə sonra
E) İynəni çıxarmamışdan əvvəl
Iynə venadan turna açılmamış çıxarılarsa venadan qan xaric olar. Bunu nəzərə alıb iynəni çıxarmamış turnanı açmaq lazımdır.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 28




701) Hidronit əmələ gəlməsində risk faktoru hansıdır?

A) Çox miqdarada qida qəbulu


B) Çoxlu maye qəbulu
C) Hipervitaminoz
D) Şəxsi gigiyenaya riayət etməmək
E) Dəridə quruluq
Hidrodnit - tər vəzilərinin iltihabıdır. Bu vəzilərə infeksiya düşdükdə əmələ gəlir. Şəxsi gigiyenaya riayət etmədikdə hidrodenit əmələ gəlməsi riski çoxalır.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 135





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin