Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Əməliyyatdan sonrakı dövrdə sidik ləngiməsinə qarşı aparılan tədbir hansıdır?



Yüklə 261,37 Kb.
səhifə169/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   165   166   167   168   169   170   171   172   ...   248
Umumi test suallari

687) Əməliyyatdan sonrakı dövrdə sidik ləngiməsinə qarşı aparılan tədbir hansıdır?

A) Sidik kisəsinə kateter qoymaq


B) Vena daxilinə 5%-li qlükoza yeritmək
C) Qarnın aşağı hissəsinə soyuq qoymaq
D) Sidikqovucular vermək
E) Dərialtına 0,1%-li - 1,0 atropin yeritmək
Əməliyyatdan sonra xəstədə operasion travmanın təsirindən sidik ləngiməsi ola bilir, bunu aradan qaldırmaq üçün tibb bacısı sidik kisəsinə kateter salmalıdır.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 280




688) Boğulmuş yırtıqlarda ilkin olaraq xəstəyə nə edilməlidir?

A) Xəstənin mədəsi yuyulmalıdır


B) Xəstə təcili hospitalizə olunmalıdır
C) Xəstə təmizləyici imalə olumalıdır
D) Yırtıq qapısından içəri salınmalıdır
E) Spazmolitik dərman preparatı vurulmalıdrır
Boğulmuş yıtıqlarda yırtıq kisəsinin içərisinə tutumundan çox orqan və ya toxumalar keçir və geriyə qayıda bilmədiyi üçün boğulur. Bu zaman kəskin ağrı,şişkinlik hətta peritonit və bağırsaq keçməməzliyi əlamətləri başlayır. Bəzən kisənin içərisindəki orqanlar nekrozlaşdığı üçün xəstə təcili hospitalizə və əməliyyat olunmalıdır.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 244




689) Mədə-bağırsaq qanaxması zamanı həkimə qədər hansı yardım göstərilir?

A) Analgetiklər, damargenəldicilər


B) Ürək preparatları
C) Sakitlik, soyuq qoymaq, vikasol vurmaq, hospitalizə etmək
D) Soyuq, smazmolitiklər
E) Kalsium xlor, ağrıkəsici preparatlar
Mədə-bağırsaq qanaxması zamanı qısa zaman ərzində xəstə çox qan itirir,kollaps və şok əmələ gələ bilər.Bu ağırlaşmaların qarşısını almaq üçün xəstəyə sakitlik verilir (hər bir hərəkət qanaxmanı artırır), qarın nahiyəsinə soyuq kompress, buz qovuğu qoyulur,qanın laxtalanmasını artıran preparat vurulur və hospitalizə olunur.

Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh. 337





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin