Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Bu patologiyaların hansında tetanus əleyhinə zərdab və anatoksin vurulur?



Yüklə 261,37 Kb.
səhifə173/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   169   170   171   172   173   174   175   176   ...   248
Umumi test suallari

702) Bu patologiyaların hansında tetanus əleyhinə zərdab və anatoksin vurulur?

A) Bazu boynunun qapalı sınığında


B) Sarğı nahiyəsinin absesində
C) Bazunun çıxığında
D) Kəskin irinli plevritdə
E) Başın yumşaq toxumalarının yaralanmalarında
Bütün geniş sahəli təsadüfi yaraların hamısında passiv immunizasiya məqsədi ilə Bezredko üsulu ilə (sınaqlardan sonra) əzələ daxilinə 3000 BV tetanus əleyhinə zərdab və aktiv immunizasiya məqsədi ilə 0,5-1 ml anotoksin vurulur.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 150




703) Kəsilmiş yara üçün hansı xarakterikdir?

A) Yara ağzının girintili-çıxıntılı olması


B) Yara ağzının kənarlarında hematomaların olması
C) Daxili qanaxma
D) Yara kanalının uzun və dar olması
E) Yara ağzının kənarlarının hamar olması
İti alətlərlə kəsilmiş yaralara xas olan əlamətlərdən biri, yara kənarlarının düz və hamar olmasıdır. Qan xaricə axır, irinləmə ehtimalı az olur.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 124




704) Endoskopik müayinədən əvvəl hansı anesteziya növündən istifadə olunur?

A) Peridural anesteziya


B) Xloretil ilə anesteziya
C) İnfiltrasion anesteziya
D) Sürtməklə yerli anesteziya
E) Regionar anesteziya
Yerli olaraq udlaq nahiyyəsinə və dilin kökünə 1%-li dikain sürtülür.

Ədəbiyyat: В.Г.Стецюк «Сестринское дело в хирургии». Səh. 46


QEOTAP-MED 2001.


705) Əməliyyatdan sonrakı gün cərrahi yaranın ilkin sarğısı necə aparılır?

A) Drenajla yaranın yuyulması


B) Tikişlərin bir qisminin sökülməsi
C) Yara üzərinə məlhəm qoyulur
D) Yara yodonatla işləndikdən sonra quru aseptik sarğı qoyulur
E) Yara hidrogen peroksid H2O2 məhlulu ilə işlənir
Əməliyyatdan sonrakı gün aseptik yara olduğu üçün üzəri yenidən yodonatla işlənir və quru aseptik sarğı qoyulur ki, yaraya infeksiya düşməsin.

Ədəbiyyat: B.X.Abasov. “Ümumi cərrahlıq”. Bakı 1985. Səh. 196





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin