752) Uzunmüddətli sıxılma sindromu zamanı ilk yardıma aid olmayan əlamət hansıdır?
A) Ağrısızlaşdırıcı maddələrin təyini
B) Sedadiv maddələrin təyini
C) Zədələnmiş ətrafın immobilizasiyası
D) Ətrafların qızdırılması
E) Turnanın qoyulması
Ətrafların qızdırılması uzun müddətli sıxılma sindromu zamanı aparılan ilk yardıma aid deyil. Ətrafların qızdırılması zamanı sıxılmış toxumalarda yığılmış toksinlər qana sorularaq intoksikasiya yaratdığı üçün qətiyyən ətrafı qızdırmaq olmaz.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 344
753) Yumşaq toxumaların zədələnməsində ilk yardım hansıdır?
A) Soyuq və aseptik sarğı qoymaq
B) Massaj etmək
C) Kəsik aparmaq
D) İsti qoymaq
E) Kompress etmək
Yumşaq toxumaların zədələnməsində hematoma yaranmasın deyə həmin nahiyyəyə soyuq (buz qovuğu,soyuq kompres) və zədələnmiş dəri örtüyündən daxilə infeksiya keçməməsi üçün sarğı qoymaq lazımdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.366
754) Körpücük sümüyü zədələnmələrində hansı sarğıdan istifadə olunur?
A) Dezo sarğısı
B) Səkkizvari sarğı
C) T-şəkilli sarğı
D) Sürünən sarğı
E) Tısbağavari sarğı
Körpücük sümüyü zədələnmələrində “Dezo” sarğısından istifadə olunur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 298
755) Çanaq zədələnmələri zamanı xəstə hansı vəziyyətdə daşınmalıdır?
A) Qurbağa vəziyyəti
B) Qarın üstə
C) Arxası üstə
D) Yarım oturmuş
E) Üzü üstə
Çanaq zədələnmələrində xəstə arxası üstə ayaqlar aralanmış, ayaqlar arasına yumşaq döşəkcə qoyularaq (qurbağa vəziyyəti) daşınmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 300.
Dostları ilə paylaş: |