744) Daxili qanaxmanın xarakter əlaməti hansıdır?
A) Dəri örtüyünün avazıması
B) Arterial təzyiqin artması
C) Temperaturun yüksəlməsi
D) Diurezin çoxalması
E) Dərinin hiperemiyası
Daxili qanaxma zamanı qan boşluqlara-yəni, qarın boşluğu, döş boşluğu və s. həmçinin, borulu orqanların mənfəzinə axır. Bu zaman dövriyyədə olan qanın ümumi həcmi azaldığına görə dəri örtüyü avazıyır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
745) Arterial qanaxmanın müvəqqəti dayandırılmasında hansı üsuldan istifadə olunur?
A) Buz qovuqcuğunun qoyulması
B) Damarların sklet sümüklərinə sıxılması
C) Ətrafa yuxarı vəziyyətin verilməsi
D) Damar protezinin qoyulması
E) Damara tikilməsi
Arterial qanaxmalar zamanı qan gur və sürətlə axdığına görə xəstə tez bir zamanda çoxlu qan itirə bilər ki, bu da xəstənin ölümü ilə nəticələnə bilər. Həyati təhlükənin qarşısını almaq və xəstəni tibb müəssisəsinə çatdırana qədər vaxt itirməmək məqsədilə qanaxmanı müvəqqəti dayandırılmaq üçün damarları yumruqla və ya barmaqla yaxındakı sklet sümüklərinə sıxmaq lazımdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 76
746) Onkologiyada ən etibarlı diaqnostik üsul hansıdır?
A) Endoskopik
B) Rentgenoloji
C) Perkusiya
D) USM-Ultra səs müayinəsi
E) Histoloji
Histoloji üsulda biopsiyada və ya əməliyyat zamanı kənarlaşdırılmış şiş toxumasından götürülən material üzərində hüceyrə səviyyəsində mikroskopik laborator müayinə aparılır. Buna görə də bu üsul onkologiyada ən etibarlı diaqnostik üsul sayılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 165
747) Metastaz nədir?
A) Şişin geriyə inkişafı
B) Şişin böyüməsi
C) Şişin parçalanması
D) Şişin böyüməməsi
E) Şişin yayılması
Bəd xassəli şiş toxumasının hüceyrələri qan və limfa dövranı ilə digər orqan və toxumalara aparılır. Nəticədə şişin başqa orqan və toxumalara yayılması baş verir ki, bu metastaz adlanır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163
Dostları ilə paylaş: |