748) Bədxassəli şişlərin radikal müalicəsi hansı mərhələdə mümkündür?
A) II-III
B) III-IV
C) IV
D) I-II
E) III
Bəd xassəli şişlərin radikal müalicəsi, yəni şişin ətraf toxumalar və limfa düyünləri ilə birlikdə götürülməsi metastaz yaranmadıqda aparılmalıdır. I stadiyada metastaz yoxdur, II stadiyada isə yaxın (ətraf) limfa düyünlərində olduğuna görə bədxassəli şişlərin radikal müalicəsi I-II stadiyada mümkündür.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163
749) Kalkulyoz xolesistitdə ağrı necə başlayır?
A) Sağ qabırğaaltında daimi ağrılarla
B) Göbək nahiyəsində küt ağrılarla
C) Sol qalça nahiyəsində küt ağrılarla
D) Sağ qalça çuxurunda qəfləti ağrılarla
E) Sağ qabırqaaltında qəfləti ağrılarla
Xolesistit öd kisəsinin iltihabi xəstəliyidir. Kalkulyoz xolesistit isə öd kisəsində daşların olması ilə gedən iltihabi xəstəlikdir. Öd kisəsi sağ qabırğa altında yerləşir. Daşlı və ya kolkulyoz xolesistitdə tutmaşəkilli, şiddətli, qəfləti ağrılar sağ qabırğa altında başlayır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 234
750) Plantoqrafiya üsulu ilə nəyi öyrənirlər?
A) Ağ ciyərlərin həyat tutumunu
B) Köklük dərəcəsini
C) Ətrafların ölçülərini
D) Yastı pəncərələri
E) Su-duz balansını
Plantoqrafiya üsulu ilə yastı pəncəliliyə müəyyən edirlər.Bunun üçün ayaqların altı asan yuyulan qara rənglərlə rənglənib ağ kağız üzərinə qoyulur.Sonra dərəcələrini həkim müəyyən edir.
Ədəbiyyat:A.A.Mixaylov.Feldşerin məlumat kitabı 2-ci cild.Moskva-1990.Səh(67)
751) Mexaniki antiseptikaya aiddir:
A) Yaraya sarğı qoyulması
B) Yaraların I-li cərrahi işlənməsi
C) Eyni qrupdan qan köçürmək
D) Yaraya bakteriofaq vurmaq
E) Yaraların spirtlə dezinfeksiyası
Bütün təsadüfi yaralar mikrobla çirkləndiyinə görə 12 saatdan gec olmayaraq I-li cərrahi işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə aparıldığına görə bu üsul mexaniki işlənmə adlanır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343
Dostları ilə paylaş: |