81) Zimnitski sınağı aparmaq üçün sidik neçə porsiyada yığılır?
A) 6
B) 8
C) 4
D) 2
E) 3
Zimnitski sınağı böyrəklərin orqanizmin müxtəlif patoloji və fizioloji vəziyyətlərinə uyğunlaşma qabiliyyətini müəyyən etməyə imkan verir. Bu sınaq zamanı xəstənin sutka ərzində hər 3 saatdan bir ifraz etdiyi sidik 8 porsiyada toplanaraq laboratoriyaya göndərilir. Zimnitski sınağının köməyi ilə sutkalıq, gündüz və gecə ifraz olunan sidiyin miqdarını, hər porsiyadakı sidiyin miqdarını və xüsusi çəkisi təyin edilir.
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 228 “Təhsil”. Bakı 1998
82) Sidik kisəsinin kateterizasiyası nə zaman aparılır?
A) Sidik kisəsinə müxtəlif dərmanlar yeritmək üçün
B) Sadalanan bütün hallarda
C) Sidik kisəsinə rentgenokontrast maddə yeritmək üçün
D) Sidik kisəsini antiseptik məhlullarla yumaq üçün
E) Sidik kisəsindəki sidiyi boşaltmaq üçün
Sidik kisəsindən sidiyi boşaltmaq, ona müxtəlif dərmanlar yeritmək, sidik kisəsini rivanol, kalium - permanqanat və s. məhlullarla yumaq üçün kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edirlər. Sidik kisəsinə yeridilmiş kateterdən rentgenokontrast maddə yeritməklə, onun rentgen şəklini də çəkmək mümkündür.
Ədəbiyyat : C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səhə 229. “Təhsil ” Bakı 1998
83) Böyrək daşı sancısı zamanı ilk yardım göstərərkən tibb işçisi xəstəyə hansı vanna tətbiq edə bilər?
A) İlıq vanna
B) Soyuq vanna
C) İsti vanna
D) İndifferent vanna
E) Sərin vanna
Böyrək daşı sancısı zamanı ilk yardım kimi isti vanna tətbiq edilə bilər.İsti vannanın təsirindən sidik axarlarının spazmı aradan götürülür və daşın xaric olması asanlaşır,xəstənin vəziyyəti yaxşılaşır.
Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158. “ Çıraq ” 2008
Dostları ilə paylaş: |