84) Qəbizlik zamanı xəstəyə hansı qidadan istifadə etmək məsləhət görülür?
A) Kartof
B) Çuğundur
C) Ağ çörək
D) Noxud
E) Yumurta
Qəbizlik-müxtəlif səbəblərdən bağırsağın boşalmasının ləngiməsidir. Qəbizliyi aradan götürmək üçün xəstəyə bitki mənşəli (çuğundur, kələm, qara gavalı və s.) qida qəbulu məsləhət görülür.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.40 “Azərnəşr” Bakı 1984
85) Stenokardiya tutması zamanı aşağıdakılardan hansı əks göstərişdir?
A) Nifedipin
B) Nitroqliserin
C) Mezaton
D) İzoket
E) Baralgin
Stenokardiya ürək damarlarının mənfəzinin daralması nəticəsində yaranır. Mezaton damar büzücü preparat olduğundan vəziyyəti daha da ağırlaşdıra bilər.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 308.
86) Stenokardiya tutması zamanı göstərilən yardımdan sonra xəstənin vəziyyəti yaxşılaşmırsa, bu nəyə şübhə yaradır?
A) Hipotonik kriz
B) Hipertonik kriz
C) Miokard infarktı
D) Aortanın anevrizması
E) Ağciyər ödemi
Stenokardiya tutması ilə miokard infarktının əlamətləri oxşardır. Miokard infarktı zamanı ürək əzələsinin nekrozu baş verir.Oİna görə də göstərilən yardım xəstənin vəziyyətinə təsir göstərmir.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 309-310.
87) Göstərilənlərdən hansı ambulator tipli müalicə müəssisəsinə aiddir?
A) Klinika
B) Sanatoriya
C) Hospital
D) Xəstəxana
E) Poliklinika
Ambulatoriya tipli müalicə müəssisələrində həm ora müraciət edən, həm də evdə olan xəstələr müalicə olunurlar, bu baxımdan poliklinika da ambulator tipli müalicə müəssisələrinə aiddir. Poliklinikada müvafiq həkim kabinetləri olur: cərrahlıq, terapiya, nevrologiya, urologiya, endokrinologiya və s.
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 19 . “ Təhsil ” Bakı 1998.
Dostları ilə paylaş: |