843) Burun boşluğundan yaxma nə məqsədlə götürülür?
A) İnfeksiya ilə yoluxma təhlükəsizliyini təmin etmək
B) Burun boşluğundan patoloji möhtəviyyatı götürmək
C) Burun boşluğunun hava keçiriciliyini təmin etmək
D) Terapevtik effekti təmin etmək
E) Bakterioloji tədqiqat üçün material götürmək
Burun boşluğundan yaxmanın götürülməsi bakterioloji tədqiqat üçün material almaq məqsədilə həyata keçirilir.Kəskin iltihabı proseslərə və ya burun difteriyasına şübhə olduqda burun boşluğundan yaxma götürülür.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 23
844) Buruna yumşaq sarğının hansı növü qoyulur?
A) Sümbülvarı
B) Sapandvarı
C) Dairəvi
D) Monokulyar
E) Spiralvarı
Buruna qoyulan sarğı sapandvarı sarğıdır. Bu sarğı üzün çıxıntı hissələrinə qoyulur (buruna, çənəyə, ənsəyə) Sapandvarı sarğı parçadan olan yumşaq sarğılara aiddir. Orta hissəsindən başqa hər iki ucu, boy uzunu istiqamətdi kəsilmiş , enli lent şəklində tənzif və ya parçaya desmurgiyada sapand deyilir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 280
845) Arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı tamponu hansı məhlulda islatmaq olmaz?
A) Aminokapron
B) Atropin
C) Efedrin
D) Fizioloji məhlul
E) Hidrogen-peroksid
Efedrin arterial təzyiqi artırdığına görə arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı istifadə edilmir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32
846) Xarici burunun yüngül dərəcəli donması zamanı ilkin tibbi yardım nədir?
A) Buruna isitqac qoyulması
B) Dərman maddələrinin damızdırılması
C) Dərinin qarla sürtülməsi
D) Dərinin spirtdə isladılmış tamponla sürtülməsi
E) Dəriyə məlhəmin sürtülməsi
Xarici burunun donması aşağı temperaturun uzun müddətli təsiri nəticəsində rast gəlinir.Yüngül dərəcəli donmalarda dəri ağarır və hissiyyat itir.Xarici burunun donması zamanı ilkin tibbi yardım qan təchizatının bərpa olunmasından ibarətdir. Bu məqsədlə dəri spitrdə isladılmış tamponla, sonra isə quru olaraq sürtülür.Dəri qızışdırılan zaman göy-qırmızı rəng alır,şişkinlik,ağrı və qaşınma müşahidə edilir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 26
Dostları ilə paylaş: |