Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Beyin qan damarlarının qısa müddətli spazmı nəticəsində yaranan patoloji hal necə adlanır?



Yüklə 261,37 Kb.
səhifə228/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   224   225   226   227   228   229   230   231   ...   248
Umumi test suallari

919) Beyin qan damarlarının qısa müddətli spazmı nəticəsində yaranan patoloji hal necə adlanır?

A) Nevroz


B) Kollaps
C) Şok
D) Bayılma
E) Amneziya
Bayılma,beyin qan damarlarının müəyyən qıcıqların təsirindın qısa müddətli reflektor spazmı nəticəsində yaranır.Beyin qan damarlarının tonusu aşağı düşür.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı-1997. Səh.(92)




920) Köçürülən qanın əsas təsirini göstərin.

A) Zərərsizləşdirici


B) Qandayandırıcı
C) Stimulyasiyaedici
D) Əvəzləyici
E) Sadalananaların hamısı
Qanköçürmə insan orqanizminə mürəkkəb neyro-humoral təsir göstərir.Köçürülən qanın dörd əsas təsir sahəsi vardır:
1.Stimulyasiya edici
2.Qandayandırıcı
3.Zərərsizləşdirici
4.Əvəzləyici

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı-1997. Səh.(85)




Bölmə 6 FƏLAKƏTLƏR TƏBABƏTİ


921) Əsgərin Fərdi əczaxanasına aşağıdakılardan hansı preparat daxil deyil?

A) Sulfadimekotsin


B) Sistamin
C) Etapirazin
D) Atropin
E) Promеdol
Promedol narkotik maddə olduğu üçün onun daşınması və əsgərlər tərəfindən istifadəsi qadağandır.Lazım gəldikdə həkim və ya feldşer tərəfindən 1 ml – 2% li promеdol məhlulu ağrı və şokun qarşısını almaq üçün əzələ daxilinə və ya venaya yeridilir.
Ədəbiyyat: A.Musayev . “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” - Bakı – 2008 səh 92-94


922) İlk tibbi yardım harada göstərilir?

A) Xəstəxanada


B) Tibb məntəqəsində
C) Zədələnmə ocağında
D) Çeşidləmə meydançasında
E) Hərbi hissədə
Zədələnmə ocağında nə qədər tez və düzgün yardım göstərilərsə ölüm və əlilliyin sayı bir o qədər az olar. İlk tibbi yardım özü – özünə və qarşılıqlı şəkildə yerinə yetirilir.

Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.73-76





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin