Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Uzunmüddətli sıxılma sindromunun ən çox rast gəlinən ağırlaşması hansıdır?



Yüklə 261,37 Kb.
səhifə229/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   225   226   227   228   229   230   231   232   ...   248
Umumi test suallari

923) Uzunmüddətli sıxılma sindromunun ən çox rast gəlinən ağırlaşması hansıdır?

A) Ağrı
B) Toksiki şok


C) Huşun itməsi
D) Tənəffüsün pozulması
E) Sınıqların əmələ gəlməsi

Toksiki şoka ən ağır travmalarda və müxtəlif fəlakət növlərində rast gəlinir. Zədələnmiş bədən nahiyəsi sıxılmadan azad edildikdən sonra bir sıra toksiki maddələr qana sorulur. Qanda əzələ mioqlobininin miqdarı artır. Toksiki şok əmələ gəlir.


Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.124-127




924) Fövqəladə fəlakətlər zamanı fəlakət tibb xidmətinin əsas vəzifələrindən biri hansıdır?

A) Qüvvə və vasitələrin səfərbər olunması


B) Zərərçəkənə ilk tibbi yardım göstərilməsi və köçürülmə mərhələsində həyati vacib orqanların fəaliyyətinin bərpa edilməsi
C) Qəza zonasında xilasetmə işlərinin təşkili
D) Tibbi çeşidləmə
E) Qəza zonasında, xilasetmə və təxirə salınmaz işlərin aparılması, onların axtarılması və ərazidən çıxarılması
Zərər çəkənə ilk tibbi yardım göstərilməsi və köçürülmə mərhələsində həyati vacib orqanların fəaliyyətinin bərpa edilməsi
Fəlakətlər zamanı ilk həkim yardımı tez və surətli aparılmalıdır. zərərçəkən tam müalicə almaq üçün köçürmə mərhələsinə hazırlanmalıdır.

Ədəbiyyat: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” səh.14-19 Bakı - 2008




925) Fəlakət ocağında hospitala qədər hansı tibbi yardım göstərilir?

A) Xüsusiləşmiş


B) İxtisaslaşmış
C) Cərrahi
D) İlk
E) Əhali tərəfindən
Fəlakət ocağında ilk tibbi yardım göstərilir. Tez və keyfiyyətli ilk tibbi yardımın göstərilməsi əlillik və ölüm hallarının sayını azaldır.

Ədəbiyyat: A.Musayev “ Mülki Müdafiə tibbi xidmətinin təşkili ”. Səh. 100-101 Bakı - 2008




926) Uzunmüddətli sıxılma sindromunun aşağıdakı növü yoxdur.

A) Ani (0.5 saat)


B) Uzun müddətli (4-7 saat)
C) Qısa müddətli (2-3 saat)
D) Çox uzun müddətli (7saatdan çox)
E) Orta müddətli (4 saat)
Ani sıxılma uzunmüddətli olmadığı üçün kompresiyanın uzunmüddətli növünə aid edilə bilməz.

Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.124-125





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin