118) Ağciyərlərin süni ventilyasiyasını apararkən əsas maneə nədir?
A) Tənəffüs əzələlərinin rigidliyi
B) Süni tənəffüs aparatının işləməməsi
C) Xəstənin oyanıqlığı
D) Dilin qatlanması
E) Xəstənin ağzının qıc olması
Dil qatlandıqda traxeyanın girəcəyini (sas yarığını) bağlayır və havanın ağciyərlərə keçməsinə mane olur. Odur ki, xəstənin alt çənəsini yuxarı önə dartırlar.
Ədəbiyyat: C.А.Мухина ,Общий уход за больными.Москва ,Медицина, 1989 .Стр.248
119) Aşağıda göstərilən temperaturlardan hansı subfebril temperaturdur?
A) 36-36,5
B) 39-40
C) 38-39
D) 40-41
E) 37-38
Yüksəlmə dərəcəsinə görə temperaturun bu növləri var: subfebril temperatur – 37 -38 dərəcə; febril temperatur – 38-39 dərəcə; yüksək qızdırma- 39-41 dərəcə; çox yüksək qızdırma – 41 dərəcədən yüksək.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 103 . “ Təhsil ” Bakı 1998.
120) Venepunksiya apararkən tibb işçisi aşağıda göstərilənlərdən nəyi düz etmir?
A) Xəstənin dirsəyi altına kiçik yastıq qoyur
B) Bazunun ortasından turnanı elə bağlayır ki, mil arteriyasında pulsasiya kəsilsin
C) İnyeksiya nahiyəsini 2 dəfə spirtli tamponla silir
D) Iynə venaya düşən kimi turnanı açır
E) Xəstəyə əlini açıb-yummağı təklif edir
Venepunksiya apararkən turnanın qoyulmasının başlıca şərti turnanın arterial axına mane olmamasıdır.Tibb bacısı bazunun ortasından turnanı elə bağlamalıdır ki, ancaq venalar sıxılsın, arteriyalar isə sıxılmasın. Arteriyalarda qan axınına mil arteriyasındakı nəbzə görə nəzarət edirlər, nəbz zəifdirsə və ya heç hiss olunmursa deməli turna çox sıxılmışdır
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 25 “ Çıraq” 2008.
121) Aşağıdakı hansı dərman forması orqanizmə enteral yolla qəbul edilmir?
A) Draje
B) Tablet
C) Mikstura
D) Məlhəm
E) Kapsul
Dərmanların mədə-bağırsaq traktından orqanizmə yeridilməsi enteral yolla yeridilmə adlanır. Dərmanlar enteral olaraq üç yolla yeridilir: dilin altına qoymaqla, ağızdan(peros) və düz bağırsaqdan yeritməklə. Məlhəmlər isə dərmanların xaricə tətbiqinə aiddir.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 135. “ Təhsil ” Bakı 1998.
Dostları ilə paylaş: |