146) Aşağıda göstərilənlərdən hansı zondun ucunun mədədə olmadığını göstərir?
A) Xəstə öyüyür
B) Zonddan mədə möhtəviyyatı xaric olur.
C) Zondla mədəyə maye yeridilir
D) Xəstə hıçqırır
E) Xəstə göyərir,narahat olur
Mədə zondlaması zamanı zondun düzgün yeridilməsi vacib şərtlərdəndir, çünki zond düz yeridilmədikdə mədəyə deyil, traxeyaya düşə bilər . Bu zaman xəstədə boğulma, öskürmə, göyərmə olur, belə hallar olduqda zond dərhal çıxarılıb, yenidən salınmalıdır.
Ədəbiyyat : N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” .Səh. 57 “Çıraq ” 2008
147) İnyeksiyadan dərhal sonra xəstədə təngnəfəslik, taxikardiya, huşun itməsi baş verərsə bu hansı ağırlaşmanın baş verdiyini göstərir?
A) Anafilaktik şok
B) Abses
C) Sepsis
D) Tromboflebit
E) Sinir kötüklərinin zədələnməsi
Anafilaktik şok inyeksion ağırlaşmaların ən ağır formasıdır.Əsas əlamətləri: təngnəfəslik, arterial təzyiqin enməsi, taxikardiya, huşun itməsidir. Bu əlamətlər bir neçə saniyədən tutmuş 30-40 dəqiqə ərzində baş verir, əsasən antibiotklər, zərdablar vurduqda yaranır Bu zaman dərhal dərmanın yeridilməsi dayandırılmalıdır və şok əleyhinə tədbirlərə başlanılmalıdır.
Ədəbiyyat : C.N.Hacıyev : R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 162 . “ Təhsil ” Bakı 1998.
148) Lipodistrofiya (inyeksiya yerində piy toxumasının itməsi ) əsasən hansı dərmanın yeridilməsindən sonra müşahidə olunur?
A) Antibiotiklər
B) Vitaminlər
C) Narkotiklər
D) Vaksinlər
E) İnsulin
Lipodistrofiya inyeksiya ağırlaşması olub, əsasən insulin vurulan xəstələrdə rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir. İnsulin inyeksiyası olunan nahiyə spirtlə deyil su ilə silinməlidir.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.160 . “ Təhsil ” Bakı 1998
Dostları ilə paylaş: |