690) Hemorraidal qanaxma zamanı ilk yardım hansıdır?
A) Mədəni yumaq
B) Pəhriz
C) Vanna etmək
D) Təcili hospitalizə etmək
E) Vikasol tabletkası qəbul etmək
Hər hansı bir müvəqqəti üsulla hemorraidal qanaxmanı saxlamaq mümkün olmadığı üçün xəstə təcili hospitalizə olunmalıdır.
Ədəbiyyat: H.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh 226
691) Əllərin pervomurla işlənməsi zamanı 5 lt hazır işçi məhlulundan neçə nəfər istifadə edə bilər?
A) 2
B) 5
C) 40
D) 15
E) 20
5 lt işçi məhlulda 15 nəfərdən artıq şəxsin əlləri dezinfeksiya olunarsa məhlulun dezinfeksiya edici xüsusiyyəti azaldığı üçün keyfiyyətsiz hesab olunur və əllər steril olmur.
Ədəbiyyat: В.И.Маслов «Малая хирургия» Москва «Медицина» 1988.səh.27.
692) Ürəyin qapalı massajı zamanı xəstənin uzadıldığı yer necə olmalıdır?
A) Sərt
B) Nahamar
C) Maili
D) Yumşaq
E) Yaylı çarpyıda
Ürəyin qapalı masajı zamanı xəstənin uzadıldığı yer sərt olmazsa amortizasiya baş verir və bu zaman döş qəfəsinin daxilə yerdəyişməsi nəzərə çarpmır. Bu da masajın keyfiyyətsiz olmasına gətirib çıxarır.
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh. 121
693) Reanimasion tədbirlərin effektivlik əlaməti hansıdır?
A) Döş qəfəsində ekskursiyanın olmaması
B) Yuxu arteriyasında nəbz vurğusunun olması, bəbəklərin daralması və sərbəst tənəffüsün bərpası
C) Periferik nəbzin olmaması
D) Bəbəklərin genəlməsi
E) Rəngin avazıması
Reanimasiya tədbirləri düzgün aparılarsa 30 dəqiqə ərzində yuxu arteriyası üzərində nəbz vurğuları hiss olunur ki, bu da qan dövranının bərpasını göstərir. Bəbəyin işığa reaksiyası bərpa olunur, bəbəklər daralır, bu da beyin toxumalarının qanla təchizatına dəlalət edir və sərbəst tənəffüs bərpa olunur.
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 121
Dostları ilə paylaş: |